Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli müvafiq Sərəncamı ilə səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinim Aparat rəhbəri Amil Cavadova vəsiqə və medal təqdim olunub.
BAKU.NEWS xəbər verir ki, Amil Cavadov bununla bağlı ölkə başçısına təşəkkür edib:
“Prezident cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli müvafiq Sərəncamı təltif edildiyim “Dövlət qulluğunda fərqlənməyə görə” medalı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ‘nin sədri hörmətli Mubariz müəllim tərəfindən təqdim olundu. Fəaliyyətimizi yüksək qiymətləndirdiyinə görə bir daha dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm”.


