Allergiya 21 əsrin xəstəliyi hesab olunur. İldən-ilə allergiyadan əziyyət çəkənlərin sayı artır və bunun səbəbləri çoxdur: ekologiya,qidalanma xüsusiyyətləri,yaşam tərzi,yeni məhsullarin ortaya çixmasi və fərqli növ allergiyaların əmələ gəlməsi.
Bu problem ən çox uşaqları – həm körpələri,həm də yeniyetmələri narahat edir.Allergik xəstəliklər dəri və selikli qişalarda,tənəffüs sistemində,qastrointestinal traktda müəyyən əlamətlərlə özünü təzahür edir.
Bu əlamətlər allergiyanın növlərinə görə dəyişir.Allergik rinit aşagıdakı əlamətlərlə özünü göstərir:asqırma,burun,göz,ağızda qaşınma,burun axması,tutulması,sulu ,şişmiş qızarmış gözlər. Qida allergiyasının əlamətləri :dodaq ,dil,üz və boğazda şişkinlik,agızda qaşınma ,dəridə səpkilər,anafilsktik şok. Böcək sancması zamanı allergiya baş verdikdə muşahidə olunan əlamətlər:böcək sancan nahiyyədə şişkinlik,qaşınma və bütün bədəndə səpgi,öskürək,nəfəs daralması,anafilaktik şok. Dərman allergiyasi zamanı baş verən əlamətlər:dəridə səpgilər və qaşınmalar,üzün şişməsi,xırıltı,anafilaktik şok. Anafilaktik şok allergiyanin ən agır həyatı təhlükəsi olan reaksiyasıdır.Allergenlə təmasdan sonra ani olaraq ortaya çıxır və aşagıdakı əlamətlərlə özünü göstərir: huşun itməsi,arterial təzyiqin düşməsi,nəfəs çatışmamazlığı,dəri rənginin dəyişməsi,ürəkbulanma və qusma ,nəbzin zəifləməsi ,sayıqlama.
Allergiya bir çox uşaqlar üçün həyatın xoşagəlməz bir hissəsidir .Uşaq ilk dəfə bu problem ilə üzləşəndə xəstəliyin gələçəkdə necə inkişaf edəcəyini ,hansı simptomların və nə qədər tez-tez baş verəcəyini söyləmək çətindir. Bəzi körpələr bu etapdan uğurla keçir və gələcəkdə onunla qarşılaşmırlar,digərləri isə bu problemlə uzun müddət yaşayırlar. Əsas prosesi i öz axarına buraxmamaqdı.Vaxtında Allerqoloqa müraciət etmək birinci şərtdir.
Nərimanov Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən
Uşaq Klinik Xəstəxanasının Allerqologiya şöbəsinin
müdiri Axundova Lalə


