Azərbaycan Respublikasının Ali Məhkəməsinə yeni təyin olunan hakimlər – Aida Hüseyn və Teyyub Muxtarov kollektivə təqdim olunub.
Təqdimetmə mərasimində çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hər iki hakimi təbrik edərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində aparılan məhkəmə-hüquq islahatları hakimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır. Yeni hakimlərin təcrübəli və peşəkar fəaliyyəti ilə məhkəmələrin fəaliyyətinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Sonra yeni hakimlər çıxış edərək, onlara göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.



