“Ağsu Siti” idman klubunun prezidenti Rəmzi Eminli barəsində cinayət işi başlanıb.
BAKU.NEWS APA-ya istinadən xəbər verir ki, klub prezidentinin yalan vəd verərək özgənin pulunu ələ keçirdiyi iddia olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata yaxın saatlarda baxılacaq.


