“AccessBank”da uzun illər fəaliyyət göstərən Mübariz Əsgərov “Bir Ekosistem” şirkətində yeni vəzifəyə təyin edilib.
O, müəssisə risklərinin idarəedilməsi üzrə menecer vəzifəsinə seçilib.
M.Əsgərov yeni vəzifəsində müəssisə üzrə risklərin idarə olunması sistemlərinin inkişafı və risklərin qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Mubariz Əsgərov 14 il “AccessBank”da risklərin idarə edilməsi istiqamətində müxtəlif vəzifələr tutub, son olaraq Əməliyyat Riskləri Bölməsinin rəhbəri olub.
O, AccessBank-da 14 ildən artıq çalışıb. Karyerasına bankda aparıcı mütəxəssis kimi başlayan Əsgərov daha sonra əməliyyat risklərinin idarə edilməsi və risk menecmenti sahəsində rəhbər vəzifələrə yüksəlib.
Qeyd edək ki, “Bir Ekosistem” MMC “PAŞA Holding” qrupuna daxil olan şirkətlərdən biridir. Şirkət ekosistem yanaşması çərçivəsində müxtəlif biznes istiqamətlərinin inkişafını və idarə edilməsini həyata keçirir.
Plat.az


