Türkiyə Erməni Fondları İttifaqının sədri Bedros Şirinoğlu ABŞ, Avropa İttifaqı və bəzi digər ölkələri xoşniyyətli yanaşmadan uzaq gördüyünü deyib.
BAKU.NEWS xəbər verir ki, o, “Anadolu” agentliyinə açıqlamasında 1915-ci il hadisələrinin ildönümü münasibətilə Ağ Evdən erməni xalqının acılarını paylaşmaq məqsədilə ənənəvi açıqlamanın gözlənildiyini dilə gətirib.
B.Şirinoğlu Türkiyədə yaşayan erməni vətəndaşlar olaraq türk, erməni və beynəlxalq ictimaiyyətə səslənib:
“100 ildın çox bir zaman əvvəl iki xalq arasında yaşanan bəzi acı və kədərləndirici hadisələrin siyasi dairələrdə istifadə olunmasını təqdir etmirik. Acılarımızın gündəlik siyasət tərəfindən alətləşdirilməsinə qarşıyıq.
Tarixdə yaşanan xoşagəlməz hadisələr Ermənistan və Türkiyə dövlət rəsmiləri tərəfindən, tərəfsiz tarixçilər tərəfindən müzakirəyə çıxarıla bilər. Amma məsələyə siyasi motivlərlə müdaxilə edənlər – ABŞ, Aİ və digər bəzi ölkələri xoşniyyətli yanaşmadan uzaq görürəm.
Erməni xalqı ilə empatiya qurmağın ön şərti türk xalqının qüruru ilə oynamaq, ya da Türkiyəyə düşməncəsinə münasibətlər bəsləmək olmamalıdır”.

