ABŞ səfirliyi Amerikanın sanksiyalarına Moskvanın cavab tədbirlərini öyrənir.
BAKU.NEWS xəbər verir ki, bu barədə diplomatik missiyanın rəhbəri Con Sallivanın “RİA Novosti”yə daxil olmuş bəyanatında deyilir.
Vurğulanır ki, diplomatlar Rusiya XİN-in saytında dərc olunmuş məlumatla tanış olub və Vaşinqtonla məsləhətləşirlər.
“Biz hələlik Rusiya hökumətinin ABŞ-ın Rusiyadakı diplomatik missiyası ilə bağlı hərəkətləri barədə diplomatik məktublar almamışıq”, – Sallivan qeyd edib.
Cümə günü axşam Rusiya XİN Amerikanın sanksiyalarına cavab olaraq, Moskvanın gördüyü tədbirlərin siyahısını açıqlayıb.
ABŞ səfirinə məsləhətləşmək üçün Vaşinqtona getmək tövsiyə olunub.


