ABB digər banklarda krediti olan müştəriləri özünə cəlb etmək üçün yeni kampaniya həyata keçirir.
Digər bankdakı kreditini ABB-dən əldə etdiyi kreditlə bağlayan müştərilərə illik faiz dərəcəsində 5%-dək endirim təklif olunur. ABB-də aktiv krediti olmayan yeni müştərilər isə əlavə 2% endirim əldə edə bilərlər. Beləliklə, ümumi güzəşt 7%-dək çata bilər. Endirimin konkret səviyyəsi kredit məbləğindən asılı olaraq dəyişir.
Bundan başqa, 10 min manatdan yuxarı kredit borcunu digər bankdan ABB-yə gətirənlərə nağd kreditin komissiyasız rəsmiləşdirilməsi təklif edilir.
ABB-də kampaniya çərçivəsində nağd kredit üzrə illik faiz dərəcəsi 10,9%-dən başlayır, kreditin məbləği 50 min manatadək, müddəti isə 60 ayadəkdir. Kampaniya avqustun 31-dək davam edəcək.
Qeyd edək ki, son dövrlərdə yerli banklar arasında digər banklarda borcu olan müştərilərin kreditlərini özlərinə cəlb etməyə yönəlmiş kampaniyalar artıb. Banklar bu məqsədlə faiz endirimi, kreditlərin bir bankda birləşdirilməsi və digər güzəştlər təklif edirlər.
Bu tip kampaniyalar banklar arasında mübarizənin artıq yalnız yeni borcalanlar uğrunda deyil, rəqib bankların mövcud kredit müştərilərinin cəlb edilməsi istiqamətində də gücləndiyini göstərir. (Plat.az)
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


