Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus bankomatların iş prinsipi vətəndaşın narazılığına səbəb olub. Bankomatda pulu qalan müştəri bankı sərt şəkildə tənqid edib.
Sosial şəbəkələrdə yayılmış videoda vətəndaş bankomatdan pul çıxaran zaman texniki nasazlıq səbəbindən vəsaitin içəridə qaldığını bildirib.
Onun sözlərinə görə, bank işçiləri problemə operativ reaksiya vermək əvəzinə, yalnız 20 dəqiqə ərzində aparatın içərisinin yoxlanılacağını və bundan sonra pulu götürə biləcəyini deyiblər.
Narazı vətəndaş bildirib ki, əgər həmin müddətdə başqa bir şəxs həmin bankomata yaxınlaşıb pulu götürərsə, məsuliyyəti kim daşıyacaq:
“Əgər kimsə gəlib başqa adamın pulunu götürərsə, gərək hüquq-mühafizə orqanlarına müraciət edəsən. ABB belə işləyir, bunların texnikası belə işləyir”, — deyə vətəndaş narazılığını ifadə edib.
NOCOMMENT.az
TREND
- Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib
- Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb – Sentyabrın qiymətləri
- AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb
- Qida mifləri: Evdə hazırlanan konserv daha təhlükəsizdirmi? – VİDEO
- İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
- Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
- Sabah hava necə olacaq?
- Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır


