Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Mərakeş Krallığının Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sənətkarlar Evi” (“Maison de l’Artisan”) qurumunun baş direktoru Tarik Sadiqlə görüşüb.
Görüşdə qonağa Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə təqdimat edilib.
Tərəflər arasında keçirilən görüş çərçivəsində “ABAD” ilə Mərakeşin “Sənətkarlar Evi” qurumu arasında əl sənətkarlığı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qonaq, həmçinin İçərişəhərdə yerləşən “ABAD” etno-butiki ilə yaxından tanış olub.
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


