Mediasiya Şurasının İdarə Heyəti cəmiyyətin və ictimayyətin diqqətinə çatdırır ki, zaman-zaman vətəndaş məmnunluğunu pozan, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozan mediatorlarla bağlı ölçü götürülür. İstənilən qanunsuz hərəktlərlə bağlı, istənilən mediator barədə “Mediasiya haqqında” Qanunun müvafiq maddələri üzrə bundan sonra da ölçü götürüləcəkdir. Mediasiya Şurası bütün mediatorları ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən imzalanmaış “Mediasiya haqqında” Qanunun tələblərinə və eyni zamanda, Nazirlət Kabinetinin müvafiq qərarlarına əməl etməyə çağırır.
İctimaiyyətin və cəmiyyətin diqqətinə çatdırırq ki, hər bir mediator qanun qarşısında bərabərdir. Mediasiya Şurası öz nəzarət mexanizmləri vasitəsilə ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının bir hissəsi olan mediasiya islahatlarının daha keyfiyyətli həyata keçirilməsini qarşısına məqsəd qoyub. Eyni zamanda, Mediasiya Şurasının İdarə Heyəti formal mediasiyanın qarşısının alınması məqsədilə Mediasiya Şurasının İntizam komissiyası ilə birgə ciddi tədbirlər görür.
Mediasiya Şurası İdarə Heyətinin üzvü, Sima Yaqubovanın BAKU.NEWS-a verdiyi məlumata görə, bu tədbirlər çərçivəsində İntizam Komissiyası tərəfindən 5 mediator barəsində aparılan intizam araşdırmasının nəticəsi ilə bağlı 16.02.2022-ci il tarixində İdarə Heyyətinin İclasında təqdim edilmiş material və rəylər əsasən müzakirələr aparılmış, qərarlar qəbul edimişdir.
Beləliklə, Mediasiya Şurasının İdarə Heyəti tərəfindən 16 fevral 2022-ci il tarixində qəbul edilmiş qərara əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi əsas götürülməklə 4 mediatorun 6 ay müddətinə mediatorluq fəaliyyətinin həyata keçirilməsi hüququ dayandırılıb. Qeyd edilən məlumatlar 4 mediatora münasibətdə mediasiya reseytrində qeyd edilmişdir. Bir mediator barəsində daxil olan şikayətdə isə qanun pozuntusu müəyyən edilmədiyi üçün həmin mediator barədə pozuntu faktı aşkar edilməmişdir.
Ümumiyyətlə, bu günədək 34 mediator barəsində başladılan intizam icraatının araşdırması İntizam Komissiyasına həvalə edilmişdir. Başlanılmış intizam icraatları nəticəsində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan vəzifələrin kobudcasına pozulması, habelə mediatorun etik davranış qaydalarının pozulması halları aşkar edildiyindən 7 mediatorun 6 ay müddətində mediator kimi fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması, 9 mediatorun üzərinə töhmət intizam məsuliyyəti tətbiq edilməsi, 8 mediatorun hərəkətlərində intizam pozuntusu aşkar edilmədiyindən barələrində başlanılan intizam icraatlarına xitam verilməsi qərara alınmışdır. Hazırda 10 mediator barəsində intizam araşdırması davam etdirilməktədir.
Mediasiya Şurası bir daha vətəndaşlara müraciət edir ki, qanunsuz fəaliyyətlə qarşılaşdıqları mediatorlar, mediasiya təşkilatları barədə Mediasiya Şurasının muraciet@mediasiya.gov.az elektron ünvanına rəsmi müraciət etsinlər. Bütün vətəndaş müraciətləri heç bir süründürməçilik olmadan qısa müddətdə araşdırılır və fəaliyyətlərində pozuntu olan mediatorlarla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq müvafiq ölçülər götürülür.


