Gənclər və İdman Nazirliyi 2020-ci ildə idman sahəsində fəxri ad alanların sayını açıqlayıb.
Nazirlikdən BAKU.NEWS-a verilən məlumata görə, bu il 20 nəfər – “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, 12 nəfər – “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 7 nəfər – “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adına, 2 nəfər isə “Respublika dərəcəli hakim” adına layiq görülüb.


