Müxtəlif qurumlarla cari il ərzində 172 maarifləndirmə tədbiri keçirilib ki, bunlardan 55-i hüquq-mühafizə orqanları ilə birgə təşkil edilmiş tədbirləri əhatə edib.
BAKU.NEWS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
G.İsmayılov İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması ilə bağlı müsahibənin statistikasını açıqlayıb. Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib. Müvəffəqiyyət qazananların 112-si müvafiq vəzifələrə təyinat alıb. Təşkil edilən ikinci müsahibə zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri rəsmi din xadimi kimi fəaliyyətə başlayıb. Ötən müddət ərzində 118 din xadimi işindən uzaqlaşdırılıb.
S.Kərimova


