Episentri Kahramanmaraş olan və 10 vilayətə təsir edən 7,7 bal gücündə zəlzələ Türkiyədə bir sıra tarixi abidələri də viran qoyub.
BAKU.NEWS xəbər verir ki, bunlardan biri Hatayda tarixi 7-ci əsrə bağlı olan və Anadoluda ilk ibadət ocağı sayılan qədim Həbibi Nəccar məscididir.
Bundan başqa, 14 əsrlik məscidin həyətində yerləşən 19-cu əsrə aid tarixi Yeni Hamam da yerlə bir olub.











