Əməkdar artist Yusif Mustafayev ona pul borclu olan şəxsləri hədələyib.
BAKU.NEWS Axşam.az-a istinadla xəbər verir ki, ifaçı bu haqda “Həmin Zaur” verilişində deyib. O bildirib ki, 120 min manat borcda pulu var:
“Gətirin pulumu verin, yoxsa efirdə adınızı çəkəcəyəm. Bir dostum var, gəldi ki, oğlumun toyudur borc ver. 2010-cu ildən ona 2 min manat borc vermişəm. İndi ala bilmirəm. 8-10 nəfərə belə pul vermişəm. 2010-cu ildə hələ birinə 60 min vermişdim, 2100 manat qaytarıb, qalanı qalıb. Polisə şikayət etməyi sevmirəm. 150 min borcda pulum var. 150 manat fəxri ada görə, 300 manat da təqaüd alıram. Ancaq sənətimlə qazanıram. Allaha and içirəm ki, adlarını çəkəcəyəm, hamı onlara nifrət edəcək. Bərdədə birinə səslənirəm, bu yaxınlarda 1800 manat pul istədi. Verdim, indi göndər. 10 manat da olsa, borcdur, qaytarsınlar”.


