Yevlax-Bərdə avtomobil yolunda BMW markalı minik maşını “KamAZ” markalı yük maşını ilə toqquşub.
BAKU.NEWS-un bölgə müxbirinin məlumatına görə qəza zamanı minik maşınında olan 1990-cı il təvəllüdlü Həsənov Ruslan Hümbət oğlu müxrəlif dərəcəli xəsarətlər alıb.
O, ətrafdakıların köməyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


