Britaniyanın ən mükəmməl elektromobil nümunəsini Azərbaycandakı dostlarla bölüşməyə şadıq.
BAKU.NEWS xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Yeni, tam elektrik ilə çalışan “Rolls Royce Spectre” modelini Bakıda təqdim etmək möhtəşəmdir. Biz Böyük Britaniyanın dizayn, mühəndislik və istehsalının ən mükəmməl nümunəsini Azərbaycandakı dostlarımız ilə bölüşməyə şadıq”, – səfir sosial şəbəkə hesabında qeyd edib.





