TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Mama-ginekologiya şöbəsində ilk dəfə olaraq uşaqlıq boynuna tikiş qoyulması (Serklyaj) əməliyyatı icra edilib.
Tibb müəssisəsinə erkən doğumun əsas səbəblərindən biri hesab edilən uşaqlıq boynunun qısalması diaqnozu ilə daxil olan 23 həftəlik hamilə xəstəyə Uzman mama-ginekoloq Xalidə Əfəndi və Uzman mama-ginekoloq Nigar Almədədova tərəfindən serklyaj əməliyyatı uğurla icra edilib.
Beləliklə düzgün diaqnoz və müalicə nəticəsində əvvəlki hamiləliyi erkən doğuş ilə nəticələnmiş xəstənin hamiləliyi təqibə alınıb.
Qeyd edək ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı Yeni Klinikaya müraciət edərək Xidmətlər Zərfi daxilində Mama-Ginekologiya şöbəsində göstərilən tibbi xidmətlərdən tam təmənnasız yararlana bilərlər.


