Qlobal Bakı Forumu beynəlxalq arenada mühüm siyasi, iqtisadi və sosial məsələlərin müzakirə edildiyi aparıcı platformalardan birinə çevrilib. Bu günlərdə keçirilən XII Qlobal Bakı Forumu da bu ənənəni davam etdirərək qlobal gündəmdə duran problemlərin həlli yollarını araşdıran əsas beynəlxalq tədbirlərdən biri oldu.
Forumda dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu ekspertlər və ictimai xadimlər iştirak edərək, müasir dünyanın üzləşdiyi çağırışları və onların həlli yollarını müzakirə etdilər. XII Qlobal Bakı Forumu qlobal miqyasda sülh, təhlükəsizlik, iqtisadi inkişaf, iqlim dəyişikliyi və digər aktual problemlərə dair müzakirələrin aparıldığı mühüm platformadır. Forumun əsas məqsədi beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qlobal problemlərə innovativ və dayanıqlı həll yollarının axtarışı, qlobal siyasətçilərlə akademik dairələr arasında dialoqun qurulması, davamlı inkişafın təmin edilməsi üçün effektiv strategiyaların hazırlanmasıdır. Azərbaycanın ev sahibliyi etdiyi XII Qlobal Bakı Forumu, beynəlxalq siyasi, iqtisadi və sosial məsələlərin müzakirə edildiyi aparıcı platformalardan biri olmaqla yanaşı, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Forum çərçivəsində Azərbaycan tarixi, siyasi mövqeyi, multikulturalizm siyasəti, regiondakı rolu və ərazi bütövlüyü ilə bağlı həqiqətlər qlobal auditoriyaya təqdim edilir.
XII Qlobal Bakı Forumu ölkəmizin beynəlxalq imicinin möhkəmləndirilməsi və regional liderlik mövqeyinin gücləndirilməsi baxımından da əhəmiyyətli bir tədbirdir. Forum çərçivəsində Azərbaycanın müstəqillik illərində qazandığı uğurlar, ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfələr, Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası haqqında həqiqətlər geniş müzakirəyə çıxarılır və mövcud reallıqlar dünya ictimaiyyətinə çatdırılır. Forum vasitəsilə bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın haqq işinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasına töhfə verir. XII Qlobal Bakı Forumu, Azərbaycanın haqq işini müdafiə etməklə yanaşı, ölkəmizin multikulturalizm siyasəti, enerji siyasəti və diplomatik uğurlarını beynəlxalq səviyyədə tanıtmağa şərait yaradır.
Sonda qeyd etmək istəyirəm ki, XII Qlobal Bakı Forumu, qlobal gündəmdə duran problemlərin həllində strateji əhəmiyyət kəsb edən bir tədbir olaraq dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Forum, müxtəlif sahələr üzrə ekspertləri, siyasətçiləri və iş adamlarını bir araya gətirərək, qlobal problemlərin həlli istiqamətində konstruktiv dialoqa şərait yaratdı. Azərbaycanın bu cür beynəlxalq platformaları təşkil etməsi, onun qlobal problemlərin həllindəki rolunu daha da möhkəmləndirir.
Fərid Əhmədov;
Neftçala rayonu


