İstehlakçı elektronikası istehsalçısı 2040-cı ilə qədər öz əsas əməliyyat seqmentlərində istixana qazı (İQ) tullantılarını³ 98% azaltmağı hədəfləyir
Əşyaların İnterneti (“IoT”) platforması ilə birləşdirilən smartfonlar və ağıllı avadanlıqlar əsasında məişət elektronikası və ağıllı cihazların istehsalçısı olan Xiaomi Korporasiyası (“Xiaomi”) bu gün sıfır karbon tullantısını hədəfləmək fəlsəfəsinə uyğun olan istixana qazlarının (İQ) tullantılarını azaltmaqla bağlı əhəmiyyətli bir plan təqdim etdi. Xiaomi karbon tullantılarının azaldılmasına təmiz texnologiyaların tədqiqi və inkişafı, elektron tullantıların idarə edilməsi təcrübələrinin genişləndirilməsi, ekoloji təmiz əməliyyatlar və logistikanın tətbiqi vasitəsilə nail olacaq.
İqlim strategiyası və karbon qazının sıfır tullantısı fəlsəfəsi
Xiaomi-nin missiyası innovativ texnologiyalar vasitəsilə dünyada insanların həyatını yaxşılaşdırmaqdır. Şirkət nümayəndələri hesab edirlər ki, bu missiya çərçivəsində o, texnoloji innovasiyalar və əməliyyat səmərəliliyini artırmaqla iqlim dəyişikliyinin qarşısını almaqla bağlı məsuliyyət daşıyır. Onlar öz heyrətamiz məhsullarının inkişafı və marketinqinə davamlı ekoloji cəhətdən təhlükəsiz elementləri daxil etməklə təmiz, sıfır tullantılı iqtisadiyyata qlobal keçidin sürətləndirilməsinə töhfə vermək əzmindədirlər.
Xiaomi-nin sıfır karbon tullantısı fəlsəfəsinin məqsədi məhsul və xidmətlərinin karbon izini azaltmaqla məhsulun səmərəliliyini və əlverişli qiymətini artırmaqdır. Xiaomi iqlimə müsbət təsir göstərmək və daha yaşıl həyat tərzini və aşağı karbonlu cəmiyyəti təşviq etmək üçün aşağı karbonlu texnologiyalardan istifadəni genişləndirməyə davam edəcək.
İstixana qazlarının tullantılarının azaldılması hədəfləri
Xiaomi, istixana qazlarının tullantılarını azaltmaq üçün fəaliyyət planlarını hazırlamaq və həyata keçirmək üçün mərhələli yanaşmadan istifadə edir.
2021-ci ildə Xiaomi, 2020-ci ilin ilkin göstəricisi ilə müqayisədə 2026-cı ilə qədər öz kampusunun adambaşına düşən istixana qazı tullantılarını 4,5% azaltmağı hədəfləyən ilk istixana tullantılarının azaldılması hədəfini təyin etdi. 31 dekabr 2022-ci il tarixinə şirkət ötən illə müqayisədə adambaşına istixana qazı tullantılarının 21,12% azalmasına nail olub.
2050¹-ə qədər xalis sıfıra doğru qlobal istəkləri dəstəkləmək üçün şirkət 1 və 2² miqyasında İQ tullantılarını azaltmağı öhdəsinə götürür:
– 2030-cu ildən gec olmayaraq, əsas əməliyyat seqmentlərindən gələn İQ³ tullantılarını⁴ ötən ilin səviyyəsi ilə müqayisədə ən azı 70% azaltmaq⁵;
– 2040-cı ildən gec olmayaraq, xalis sıfır tullantılara nail olmaq üçün ilkin şərtləri nəzərə alaraq, əsas əməliyyat seqmentlərindən İQ tullantılarını ötən ilin səviyyəsi ilə müqayisədə ən azı 98% azaltmaq⁶;
– Hədəf dövr ərzində İQ tullantılarını azaltmaq üçün aşağı karbonlu texnologiyalara, uzunmüddətli ekoloji cəhətdən təmiz enerji alqı-satqı müqavilələrinə və yerli bərpa olunan enerji istehsalına üstünlük vermək;
– Davamlı azalmaları təmin etmək üçün əsas təchizatçıları bərpa olunan enerji və İQ-nin azaldılması hədəfləri Xiaomi ilə müqayisə daha ambisiyalı olan məqsədlər qoymağa təşviq etmək.
NİOKR və dövri iqtisadiyyat vasitəsilə ətraf mühitə təsirin azaldılması
Ətraf mühitə təsir müxtəlif yollarla azaldıldı, bunlardan dörd sahə seçildi: ekoloji təmiz texnologiyaların tədqiqi və inkişafı (NİOKR) və məhsuların təkmilləşdirilməsi, dairəvi iqtisadiyyat və elektron tullantıların idarə edilməsi.
Təmiz texnologiyaların NİOKR-u və məhsuların təkmilləşdirilməsi
2022-ci ildə Xiaomi, ümumi NİOKR xərclərinin 50%-dən çoxunu təmiz texnologiyaların tədqiqinə və inkişafına yatırıb. Həmin il patentlərin və təmiz texnologiyalarla bağlı məhsulların tətbiqi şirkətin gəlirinin 59,7%-ni təşkil edib. Şirkət bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edib və bununla bağlı bir neçə nümunəni təqdim edirik:
5G və enerjiyə qənaət edən siqnal ötürülməsi texnologiyası: Öz-özünə uyğunlaşan genişzolaqlı internet və enerjinin optimallaşdırılması texnologiyası kimi 5G enerjiyə qənaət edən texnologiyalarla Xiaomi, smartfonlarının enerjiyə qənaət səmərəliliyini yaxşılaşdırdı. Qabaqcıl WLAN çipləri, WLAN enerji monitorinqi və dinamik məlumat ötürmə texnologiyası ilə birlikdə şirkətin smartfonlarının enerji istehlakını əvvəlki nəsillə müqayisədə təxminən 30% azaldıb.
Enerjiyə qənaət edən ekran texnologiyası: Smartfonun fonunu qara rəngə çevirən Qaranlıq rejimə keçməklə, müəyyən proqramlardan istifadə edərkən ekranın enerji sərfiyyatını 70%-ə qədər azaltmaq olar.
Şarj texnologiyası: 2022-ci ildə 100 milyondan çox ağıllı cihaz və terminal Xiaomi-nin sürətli şarj texnologiyalarından istifadə edərək ənənəvi şarj texnologiyası ilə müqayisədə demək olar ki, 57 milyon kVt/saat enerji sərfiyyatına və 24 852 ton CO2 tullantısına qənaət edib.
Ekoloji cəhətdən təmiz qablaşdırma: Xiaomi öz ekosistem məhsulları üçün qablaşdırmanı dəyişdi, ştapel qutulardan yastı kartonlara keçdi və plastik tutacaqları çıxardı. Bu təkmilləşdirmə ilə şirkət kağız qablaşdırma istifadəsini orta hesabla 0,3 m² azaldıb və hər məhsuldan təxminən 80 q plastik çıxarıb.
Dairəvi iqtisadiyyat və elektron tullantıların idarə edilməsi
Təkrar emal və utilizasiya: 2022-ci ildə Xiaomi smartfonlar da daxil olmaqla təxminən 4500 ton elektron tullantıları təkrar emal etdi. 2022-ci ildən 2026-cı ilə qədər şirkət 38.000 ton elektron tullantıları təkrar emal etməyi və məhsullarında 5.000 ton təkrar emal edilmiş materialdan istifadə etməyi hədəfləyir.
Xiaomi təkrar emal oluna bilən məhsulların sayını artırmaq və təkrar emal xidmətlərinin əhatə dairəsini genişləndirməklə, Trade-In proqramını genişləndirməyə davam edir. Şirkət istifadəçiləri məhsullarını təkrar emal etməyə təşviq etmək üçün mağazadan, poçt sifarişindən və istehlakçının qapısından əşyalar toplayır. Keçən il şirkət bəzi Avropa bazarlarında özünün rəsmi saytında Trade-In proqramını işə saldı. Şirkət həmçinin elektron məhsulların və komponentlərin təmiri zamanı yaranan tullantıların utilizasiyası üçün ixtisaslı üçüncü tərəflərlə işləyir.
Təmir və yenidən istifadə: Şirkət işlənmiş malları bərpa etməklə dövri iqtisadiyyatın inkişafını təşviq etməyi hədəfləyir. 2022-ci ildə təmir zavodu təxminən 94 000 smartfon, 5 600 elektrikli skuter və 6 200 smart televizoru təmir edib və onların hamısı sertifikatlaşdırılmış təmir edilmiş məhsullar kimi satılıb.
Təkmilləşdirilmiş davamlılıq: Xiaomi məhsulları üçün xammal seçərkən materialların davamlılığını nəzərə alır. Şirkət bir çox smartfonlarda istifadə olunan aşınmaya davamlı keramika materialları və süni silikon dəri materialları hazırlayıb. Şirkət toz, su və düşmə müqaviməti üçün beynəlxalq standartları aşan sınaq standartlarını müəyyən edib. 2022-ci ildə Xiaomi, əvvəlki versiyalardan 25% daha uzun ömürlü, tam doldurma və boşaltma qabiliyyətinə malik uzun ömürlü akkumulyator buraxdı.
Qeyd:
¹ Paris sazişinin uzunmüddətli məqsədi.
² Xiaomi-nin istixana qazı tullantılarına əsasən karbon dioksid (CO2), metan (CH4), azot oksidi (N2O) və hidrofluorokarbonlar (HFC) daxildir. Ümumi İQ tullantıları karbon dioksid ekvivalentində bildirilir. Şirkət Xiaomi-yə məxsus müəssisələr və əməliyyatlar, həmçinin Xiaomi dəyər zəncirinin yuxarı və aşağı müəssisələrinin istixana qazı tullantılarını hesablayıb. İQ tullantılarının miqyasının təfərrüatlarına aşağıdakılar daxildir:
1) Birbaşa İQ tullantıları (Əhatə dairəsi 1): təbii qazın və benzinin əməliyyatlar üçün istifadəsi nəticəsində birbaşa yaranan İQ-lar, o cümlədən soyuducu avadanlıqlardan, yanğınsöndürmə avadanlıqlarından və çirkab suların təmizlənməsi prosesindən qaçan İQ tullantıları.
2) Dolayı İQ tullantıları (Əhatə 2): Əməliyyat fəaliyyətləri üçün elektrik və istilik enerjisinin istehlakı nəticəsində yaranan İQ tullantıları.
³ İstixana qazı tullantıları: İQ Protokolu və ISO 14064 kimi standartlara uyğun olaraq hesablanmış şirkətin istixana qazı tullantılarına (mütləq dəyər) aiddir.
⁴ Əsas əməliyyat seqmentləri: Smartfonlar, IoT və həyat tərzi məhsulları, İnternet xidmətləri və digərləri (2022-ci il İllik Hesabatında bildirilən əməliyyat seqmentləri ilə eyni həcm).
⁵ Baza ili: 2021.
⁶ Xalis sıfır tullantılar: Hədəf ilin qalıq İQ tullantılarının qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün elmi əsaslı üsullara uyğun olduğu xalis sıfır emissiyalar üçün ISO Net sıfır təlimatlarının (IWA 42:2022) tərifinə və tövsiyələrinə istinad edir.
Xiaomi korporasiyası haqqında
Xiaomi Corporation (“Xiaomi”) 2010-cu ilin aprelində yaradılıb. 9 iyul 2018-ci ildə səhmlərini Honq-Konq Fond Birjasında (1810.HK) yerləşdirib. Xiaomi internet-şirkəti əsas diqqətini Əşyaların İnterneti (IoT) platforması əsasında smartfon və intellektual avadanlıqların istehsalına yönəldib.
Xiaomi “İstifadəçilərin üçün dost və onların qəlbində ən yaxşı şirkət olun” düşüncəsinə sadiq qalaraq, innovasiyalara xüsusi diqqət yetirir və yüksək səviyyədə xidmət keyfiyyətini və əməliyyat səmərəliliyini təmin etməyə can atır. Şirkətin missiyası innovativ texnologiyalar sayəsində hər kəsin həyatının yaxşılaşması üçün münasib qiymətə keyfiyyətli məhsullar yaratmağa can atmaqdır.
Xiaomi dünyanın aparıcı smartfon şirkətlərindən biridir. Canalys-in məlumatına görə, şirkətin smartfon tədarükü baxımından bazar payı 2022-ci ildə dünyada 3-cü yerdədir. 2022-ci ilin dekabr ayında MIUI MAU dünya üzrə təxminən 582 milyona çatdı. Şirkət həmçinin, smartfonlar, planşetlər və noutbuklar istisna olmaqla, 31 dekabr 2022-ci il tarixinə 589 milyon smart cihazı birləşdirəcək dünyanın aparıcı AIoT (AI+IoT) istehlak platformasını yaradıb. Xiaomi məhsulları dünyanın 100-dən çox ölkə və bölgəsində mövcuddur.
2022-ci ilin avqustunda şirkət dördüncü dəfə Fortune Global 500 siyahısına daxil olaraq 2021-ci ildən 72 pillə irəliləyərək 266-cı yerdə qərarlaşıb.
Xiaomi həmçinin Hang Seng Index, Hang Seng China Enterprises Index, Hang Seng TECH Index və Hang Seng China 50 Index-də təmsil olunur.
Bir şirkət olaraq Xiaomi haqqında ətraflı məlumat üçün bu sayta daxil olun:
https://www.mi.com/global/discover/newsroom


