“Bu gün Xarkov şəhəri 2 saata yaxın ağır toplardan və “Qrad” qurğularından atəşə tutuldu. Atəş zərbələri indi dayanıb”.
BAKU.NEWS bildirir ki, bu barədə APA-ya Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.
S. Adıgözəlli çoxlu sayda insanın öldüyü barədə məlumatların daxil olduğunu bildirib: “Mərmilərdən biri Saltovka istiqamətində məktəbə də düşüb”.


