“Xaricdə fəaliyyət göstərən 102 həkim dövlət tibb müəssisələrində işə cəlb olunub”.
BAKU.NEWS xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.
O qeyd edib ki, gələcəkdə xaricdə fəaliyyət göstərən daha çox sayda həkim dövlət tibb müəssisələrinə cəlb olunacaq. Eyni zamanda, özəl xəstəxanalarda çalışan həkimlərdən dövlət tibb müəssisələrində çalışmaq üçün müraciət edənlər də var.


