Xankəndində məğlub erməni əsgərləri yürüş keçirib.
BAKU.NEWS xəbər verir ki, bu barədə Ermənistan mətbuat orqanları xəbər yayıb.
Erməni əsgərlərinin silahsız olması və yürüşdə ağ bayrağın dalğalanması diqqət çəkib. Hərbçilər Ermənistanın bayraqlarını da unutmayıblar.
İkinci Dünya Müharibəsində qələbənin 76-cı ildönümü qeyd olunsa da, erməni əsgərlərinin məyusluğu özünü biruzə verib.
Qeyd edək ki, 10 noyabr bəyanatına görə, bütün erməni hərbi birləşmələri Qarabağ ərazisindən çıxarılmalı idi. 









