Bu gün biz yalnız mətbuatın yaşını qeyd etmirik, 150 illik missiyanın tarixini anırıq.
Mətbuat müqəddəs bir sahədir. O, cəmiyyətə yol göstərən işıqdır. Onun arxasında insanlara həqiqəti çatdırmaq, onları məlumatla silahlandırmaq niyyəti dayanır. Bu missiyanı daşıyanlar — jurnalistlər, redaktorlar, media əhli — sözün və vicdanın keşiyində duranlardırlar.
Bu sahə nə qədər şərəfli olsa da, bir o qədər də çətindir. Bəzən məhdud resurslar, təhlükələr, yorucu iş rejimi və anlaşılmazlıq içində belə jurnalistlər susmur, çünki xalqın informasiya ehtiyacı hər şeydən önəmlidir.
Bu 150 ildə sözə xidmət edən, qaranlıqda işıq yandıran hər kəsin fəaliyyəti qarşısında baş əyirik.
Qələminiz iti, yolunuz aydın, sözünüz hər zaman bol olsun!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Mehdi Məmmədli


