Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) beynəlxalq təcrübə mübadiləsi və şəhərsalma sahəsində qlobal dialoq üçün mühüm platforma olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə deyib.
Hikmət Hacıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda post-münaqişə dövründə aparılan yenidənqurma işləri, şəhərsalma və infrastruktur quruculuğu bərpa təcrübəsi baxımından beynəlxalq tərəfdaşlarla bölüşülə biləcək nadir model yaradır.
Prezidentin köməkçisi üzv dövlətləri və BMT strukturlarını forumda fəal iştirak etməyə çağırıb və bildirib ki, bu platforma gələcəyin şəhərlərinin planlaşdırılması üçün yeni ideyaların formalaşmasına imkan yaradacaq.
TREND
- Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
- BakuBus avtobusu qəzaya düşdü
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır


