Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov AQRO TV-nin qonağı olub.
Səbuhi Vaqifoğlunun təqdimatında baş tutan və birbaşa yayımlanan verilişdə nazirlik rəsmisi Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgisinin ölkəmiz üçün əhəmiyyətindən, ötən illərlə müqayisədə sərgiyə marağın artmasından və gələcək planlardan söz açıb.



