İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.
Yerli məhkəmə belə qərar çıxarıb.
O, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.
Xatırladaq ki, Vilyam Hacıyev 2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olub.
5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin RİH-nin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra onun cəzası 12 ildən 8 il 6 aya endirilib.
Məhkəmə məhkumun cəzasının bitməsinə 1 ildən bir az artıq vaxt qalmasını, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və məhkumun xəstəliyini nəzərə alıb. (Qafqazinfo)
TREND
- Sumqayıt Şəhər İcra Hakimiyyəti 396 min manatlıq zibil konteyneri alır
- Bakıda toyda telefonları oğurlayan şəxs saxlanılıb
- “Azinvest” ətrafında milyonluq qalmaqal: – Borclar bir şirkətdə, aktivlər və yüz milyonluq dövriyyələr başqa şirkətlərdə?
- Bu şəxslər Bakıda 50 ilə ev ala bilər
- Payızın qızılı rənglərindən qışın ağ örtüyünə – Türkiyəni qatarla kəşf edin
- “Dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk”
- Prezidentdən Əhməd Vəliyevlə bağlı – Sərəncam
- İlham Əliyev Əli Əsədova “Şərəf” ordeni verdi


