Bu gün, bütün dünyada, eləcə də Azərbaycanda Ümumdünya Poçt Günü qeyd olunur.
Yeganə milli poçt operatoru olaraq, biz də Ümumdünya Poçt İttifaqının üzvüyük və fəaliyyətimizi İttifaqın qayda və sistemlərinə əsasən təşkil edirik.
Artıq 2 ildən çoxdur ki, “Azərpoçt” yeniləmə, transformasiya işlərinə start verib. Yenilənmə işləri həm yeni sahələrə keçid etmək, həm mövcud sahələrin inkişaf etdirilməsi, həm də xidmətin keyfiyyətinin artırılması ilə müşayiət olunur.
Sözsüz ki, bu yenilənmələr bir anda baş vermir və müəyyən zaman alır, eləcə də birdən-birə müsbət nəticə əldə etmək mümkün olmur.
Amma biz inanırıq ki, siz vətəndaşların və müştərilərin dəstəyi ilə, sizdən gələn rəylərə əsasən birgə işləsək, ölkə poçtunu arzuolunan səviyyəyə qaldıra bilərik!
Odur ki, gəlin, sizinlə daha sıx əməkdaşlıq edək!
Sonda “Azərpoçt”un bütün əməkdaşlarını, o cümlədən ölkəmizdə fəaliyyət göstərən özəl poçt, karqo şirkətlərinin də əməkdaşlarının bayramını təbrik edir, hamınıza uğurlu fəaliyyət arzu edirəm!
“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov


