Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri İlqar Həsənov, Neftçala DAİM-in direktoru Ramil Salmanov, Şəhid ailələri, Qazilər, ərazi partiya təşkilatının fəalları və ictimaiyyətin nümayəndələri Vətən müharibəsi şəhidi Əsədov Əsəd Cəmaləddin oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Daha sonra şəhidin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib, şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!


