Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 02 noyabr, 04 noyabr, 10 noyabr və 23 noyabr 2022-ci il tarixlərində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada aşağıda göstərilən növbəti təlimlərin keçirilməsi nəzərdə tutulur.
1. 02 noyabr 2022-ci il tarixində saat 11:00-12:00-da “Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətiniz üzvü Lalə Nağıyeva,
2. 04 noyabr 2022-ci il tarixində saat 15:00-16:00-da “Vergi Mübahisələri” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev,
3. 10 noyabr 2022-ci il tarixində saat 11:00-12:00-da “Azərbaycanda vərəsəlik hüququnda ölümlə bağlı sərəncamların etibarsızlığı” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Dünyamin Novruzov,
4. 23 noyabr 2022-ci il tarixində saat 15:00-16:00-da “Əmək pensiyasının hüquqi problemləri” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev təlimçi qismində iştirak edəcəklər.
Təlimdə iştirak etmək arzusunda olan vəkillər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/STECr43g41yP93iL6
Əlaqələndirici şəxs – Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)


