Vatsap tezliklə daha bir yeniliyini istifadəçilərin ixtiyarına verməyə hazırlaşır.
Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bildirilib ki, “Android” əməliyyat sistemi ilə çalışan cihazlarda messencerin istifadəçiləri arzuolunmaz şəxsləri tez bir zamanda “qara siyahı”ya ata biləcəklər. Blok düyməsi mesajların naməlum və etibarsız kontaktlardan gəldiyi hallarda üzə çıxacaq.
Sözügedən funksiyanın “İOS” əməliyyat sistemi üçün nə zaman əlçatan olacağı isə hələlik bəlli deyil.


