“MV Hondius” kruiz gəmisinin daha bir sərnişinində karantin müddətində hantavirus simptomları aşkar edilib, bununla da müəyyən edilən yoluxma hallarının sayı yenidən 11-ə çatıb.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus açıqlayıb.
“Ümumilikdə 11 yoluxma halı müəyyən edilib (9-u təsdiqlənmiş, 2-si ehtimal olunan), o cümlədən 3 ölüm faktı qeydə alınıb”, – deyə ÜST rəhbəri qeyd edib.
Onun sözlərinə görə, “həmin şəxs vətəninə qaytarılan sərnişinlər arasında olub və karantində olduğu müddətdə onda simptomlar müşahidə edilib, hazırda ona tibbi yardım göstərilir”.
Bundan əvvəl Qebreyesus yoluxanların sayının 11-dən 10-a düşdüyünü bildirmişdi.(publika.az)
TREND
- “Uber Az” yeni brend altında xidmətini davam etdirəcək
- Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı
- Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
- Prezidentlə xanımı Cəbrayıla getdi
- Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də
- Sabunçu Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- Sabah yağış yağacaq, şimşək çaxacaq
- “World” Təhsil və İnkişaf Platformasının 13 illiyi qeyd olunub


