Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 276 398 nəfər artaraq 20 439 814-ə yüksəlib.
BAKU.NEWS bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bundan əlavə, son 24 saat ərzində daha 6 933 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 744 385-ə çatıb.
Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.


