Ombudsman Səbinə Əliyeva bu gün Milli Məclisdə yeni qanun layihəsinin müzakirəsindən sonra şəxsi facebook hesabında paylaşım edib.
Paylaşımı təqdim edirik:
Rəqəmsal mühit uşaqlara yeni imkanlar açdığı kimi, onların hüquq və təhlükəsizliyi üçün yeni çağırışlar da yaradır.
Milli Məclisdə uşaqların rəqəmsal mühitdə qorunmasına dair qanun layihəsinin müzakirəsində iştirak edərək vurğuladım ki, uşaqların təhlükəsizliyi yalnız ailələrin deyil, dövlət qurumlarının, media nümayəndələrinin, texnologiya platformalarının və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.
İnanıram ki, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və effektiv müdafiə mexanizmlərinin tətbiqi uşaqların rəqəmsal məkanda hüquqlarının daha etibarlı qorunmasına mühüm töhfə verəcəkdir.
TREND
- Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
- Məhkəmə ekspertizasında özəl sektor genişlənir – təlimlər başladı
- İcbari Sığorta Bürosu sığorta növləri üzrə statistikanı AÇIQLADI
- İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
- Olimp Hospital və AGMA maarifləndirici seminar keçirib – FOTOLAR
- ABB “Bakıkart” ödənişlərinə keşbekləri KƏSKİN AZALTDI – NARAZILIQ
- Xalq Bankdan yeni XalqKart Taksit kartları
- Sabah leysan yağacaq


