Uruqvayda 180 doza “Pfizer” koronavirus peyvəndi daşıyan helikopter qəza enişi etdikdən sonra yanıb.
BAKU.NEWS Uruqvay mətbuatında istinadən xəbər verir ki, qəza Roça şəhərinin ərazisində baş verib. Təyyarədə olan üç nəfər yaralanıb. Onlar yerli tibb müəssisəsinə aparılıb.
Vertolyotun göyərtəsindəki bütün peyvəndlər yanaraq məhv olub. Peyvəndlər 80 yaşlarında insanların vaksinasiyası üçün nəzərdə tutulmuşdu.


