Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Kənan Fərzəlili NASA (Şimali Atlantika Kosmik Agentliyinin) veb-saytında səhv aşkarlayaraq şirkətin məlumat mərkəzinə bu barədə yazılı məruzə edib.
Universitetdən BAKU.NEWS-a bildirilib ki, UNEC tələbəsinə NASA tərəfindən saytda aşkarladığı yanlışlığa görə təşəkkür məktubu göndərilib. Kənan Fərzəlilinin adı kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan “Bugcrowd – Hall of fame” siyahısına daxil edilib.
Kənan Fərzəlili informasiya təhlükəsizliyi sahəsi üzrə UNEC-də aldığı bilik və bacarıqlar sayəsində kibertəhlikəsizlik üzrə peşəkar mütəxəssis kimi yetişərək ilk uğuruna imza atmış olub.


