Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Ümumdünya Osteoporozla Mübarizə Günü ilə bağlı əməkdaşlar üçün vebinar təşkil edib.
Vebinarda TƏBİB-in tabeliyindəki 100-dən çox tibb müəssisəsinin endokrinoloq, travmatoloq, fizioterapevt, terapevt, ginekoloqları iştirak ediblər.
Qeyd edək ki, Ümumdünya Osteoporozla Mübarizə Günü metabolik sümük xəstəliklərinin profilaktika, diaqnostika və müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə təsis edilib.


