Ulu Öndər Heydər Əliyev yaşadığı dövrün real mahiyyətini dərindən görərək özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olub.
BAKU.NEWS xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
Ölkə başçısının Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli”nin Ulu Öndərin zəngin irsini yenidən əsaslı şəkildə tədqiq etməyə imkan verdiyini və bu mövzuda fundamental əsərlərin meydana gəldiyini söyləyən akademik İsa Həbibbəyli əlamətdar il çərçivəsində Akademiyada 30-dan çox konfransın keçirilməsinin nəzərdə tutulduğunu və onlardan artıq 12-sinin baş tutduğunu diqqətə çatdırıb.
Ülviyyə Abdullayeva


