Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bir sıra Rusiya şirkətlərinə qarşı sanksiyaların tətbiqini təsdiqləyib.
BAKU.NEWS xəbər verir ki, müvafiq bəyanatla o, “Ukrayna-24” telekanalının efirində çıxış edib.
“Bu gün, həmçinin sanksiya siyahısına düşən Rusiya Federasiyasından, digər ölkələrdən olan şirkətlər var”, – Danilov deyib.
Bununla yanaşı, Kiyevdə hələ ki, tətbiq olunmuş məhdudiyyətləri konkretləşdirmirlər və şirkətlərin adlarını açıqlamırlar.
“Ukrainskaya pravda” nəşrinin Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbəsinə istinadən verdiyi xəbərə görə, sanksiyalar “Rossotrudniçestvo”nun Kiyevdəki filialına, həmçinin daha 10 Rusiya şirkətinə şamil olunub.


