Ucar sakini balta ilə qətlə yetirilib.
BAKU.NEWS-un məlumatına görə, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri Asif və Vasif Abbasov qardaşları birləşərək əmiləri, 1969-cu il təvəllüdlü Abbasov Bayram Ata oğlunu balta ilə öldürüblər.
Hər iki qardaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


