Mərkəzi Gömrük Hospitalının Mərkəzi Gömrük Hospitalının Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinin 3-cü kurs həkim-rezidenti Günel Cəfərova 9 dekabr 2023-cü il tarixində saat 12.30-da “Turşu-qələvi pozuntuları” mövzusunda məruzə ilə çıxış edəcək.
9 dekabr 2023-cü il tarixində saat 12.30-da Mərkəzi Gömrük Hospitalının konfrans zalında əyani və zoom vasitəsilə gerçəkləşdiriləcək bu seminarda həm Mərkəzi Gömrük Hospitalının əməkdaşları, həm də digər tibb müəssisələrində çalışan tibb mütəxəssisləri, o cümlədən reanimatolqlar, təcili yardım həkimləri, habelə həkim-rezidentlər və tibb tələbələri iştiraka dəvətlidir.
İştirak üçün aşağıdakı keçiddən qeydiyyata düşmək tələb olunur. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/tD2xfs


