Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
BAKU.NEWS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 347 nəfər pandemiyanın qurbanı olub.
Sutka ərzində 260 min 280 koronavirus testi aparılıb, onlardan 38 min 553-ü müsbət çıxıb.
Ağır xəstə sayı 3 min 590-dır.
51 min 236 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 73 min 644-ə yüksəlib.


