Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
BAKU.NEWS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 67 nəfər COVID-19-dan ölüb.
Sutkada 145 min 130 koronavirus testi aparılıb, bunlardan 14 min 556 nəfərin testi müsbət çıxıb.
Ağır xəstə sayı 1309-a yüksəlib.
9 min 193 nəfərin müalicəsi tamamlanıb və onlar koronavirusdan sağalıblar. Bununla ümumi sağalanların sayı 2 milyon 649 min 862-yə çatıb.


