Bu gün futbol üzrə Türkiyə Super Liqası bərpa olunacaq.
BAKU.NEWS xəbər verir ki, XXVII turun ilk oyun günündə iki görüş olacaq.
“Fənərbağça” “Kayserispor”u, “Göztepe” “Trabzonspor”u qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Qeyd edək ki, Türkiyə Super Liqası martın 19-da koronavirus pandemiyasına görə dayandırılıb.


