Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında qardaş ölkədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi anılır.
BAKU.NEWS xəbər verir ki, dağıntılar altında qalaraq həyatını itirənlərin xatirəsini yad etmək məqsədilə səfirliyin önünə gül dəstələri, əklillər düzülüb.
Bununla yanaşı, burada azərbaycanlı uşaqların türkiyəli uşaqlara göndərmək üçün gətirdikləri oyuncaqlar da var.
Gətirilən əşyaların içində Azərbaycan və Türkiyənin qardaşlığını, bir ürək olduğu əks etdirən rəsm əsəri xüsusi diqqət çəkib.


