Ankara İkinci Sülh Cəza Məhkəməsi Türkiyənin beynəlxalq axtarışa veridiyi mütəşəkkil cinayətkar qruplaşma rəhbəri Sedat Peker barəsində həbs qərarı çıxarıb.
BAKU.NEWS Report-a istinadla xəbər verir ki, qərar Ankara Baş Prokuroluğunun təqdimatı əsasında qəbul olunub.
Prokuroluqdan bildirilib ki, S.Peker barəsində hazırda cinayət işinin istintaqı aparılır: “Cinayət törətməkdə şübhəli bilinən Sedat Peker hazırda xaricdə qaçıb gizlənib və buna görə də Ankara Baş Prokuroluğunun təqdimatı ilə Ankara İkinci Sülh Cəza Məhkəməsi mayın 26-da onun barəsində həbs qərarı çıxarıb.”
Qeyd edək ki, S.Peker hazırda Mərakeşdədir.


