Türkiyənin Erciyes Universiteti Peyvənd İnkişaf Etdirmə və Araşdırma Mərkəzində Səhiyyə Nazirliyinin dəstəyilə “COVID-19”a qarşı istehsal olunan “ERUCOV-VAC” inaktiv peyvənd namizədinin sınaqları başlanılıb.
BAKU.NEWS xəbər verir ki, peyvəndin ilk dozası universitetdə bir könüllüyə verilib.
Erciyes Universitetinin rektoru Mustafa Çalış mövzu ilə əlaqədar çıxışında “EROVEM” şirkətinin “COVID-19”a qarşı hazırladığı “ERUCOV-VAC” peyvənd namizədinin periklinik tədqiqatlarının tamamlandığını və 1-ci mərhələ sınaqların gələn ilin yanvar ayının əvvəlində tamamlanacağını bildirib.





