Tovuzda qaz borusunun qaynağı zamanı partlayış baş verib.
BAKU.NEWS-un xəbərinə görə hadisə rayonun Xatınlı kəndi yaxınlığında olub. Yol çəkilişi zamanı qaz borularında görülən qaynaq işləri zamanı partlayış baş verib.
Hadisə zamanı 1966-cı il təvəllüdlü Quliyev Sənan İsmayıl oğlu və 1957-ci il təvəllüdlü Süleymanov Məhərrəm İslam oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
“Azəriqaz”dan verilən məlumata görə, yaralılar istehsalat birliyinin əməkdaşları deyil.
Faktla bağlı araşdırma aparılır.


