Tovuz rayonunda yerli sakini ilan sancıb.
BAKU.NEWS xəbər verir ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Belə ki, ilan 2006-cı il təvəllüdlü Z.Hacıyevanı əlindən sancıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Z.Hacıyevanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.
Faktla bağlı araşdırma aparılır.


