Tovuz rayonunda baş verən qəzada ata ölüb, oğlu yaralanıb.
BAKU.NEWS-un verdiyi xəbərə görə, “Kamaz” və “Vaz 21011” markalı avtomobillər toqquşub.
Nəticədə “Vaz 21011″in sürücü 1974-cü il təvəllüdlü Haqverdi Qurban oğlu Həsənov vəfat edib. Onun oğlu, 2005-ci il təvəllüdlü Murad Haqverdi oğlu Həsənov xəsarət alıb.
Qəza zamanı “Kamaz”ın sürücüsü 1970-ci il təvəllüdlü Dilqam İsmayılov yüngül xəsarət alıb.







